Əsas məzmuna keç

Qoşma

Neyləyim, biçarəyəm

Məxdumqulu Fəraqi

1

Neyləyim mən, bu fələyin zülmü bilən qalmışam, Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm. Badi-saba ərdi gəldi, urdu, canım, ölmüşəm, Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.

Mənli xanım alıb getdi cismim içrə canımı, Sormadan iqbalı fələk yapdı hicran donumu, Bir nakəsə bəxş eyləmiş fələk Mənli xanımı, Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.

Dana olmaz kəsər huşum başdaşımdan ayrılıb, Ağlım çaşdı-sərim boşdur, gör, huşumdan ayrılıb, Yalnız qalıb, qan ağlaram, qardaşımdan ayrılıb, Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.

Nəsimini dabanından soydular da, qoydular, Məni aləm rüsva qılıb, iki gözüm oydular, Eldə-gündə yoxdur üzüm, pünhanımı aydılar, Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.

Məxdumqulu, yeddi iqlim zar ilə qan ağlayıb, Özün qafil eyləyibsən daim pünhan ağlayıb, Tərk eylədi mali-mülkün gəlib hicran ağlayıb, Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.