Əsas məzmuna keç

Qoşma

Neyləyim

Məxdumqulu Fəraqi

1

Könlüm istər gəzə dünya-aləmi, Qanadım yox, uça bilməm, neyləyim?! Oxuyub görürəm feyzi-kəlamı, Mənasını saça bilməm, neyləyim?!

Çoxlar onda qəvvas olub üzərlər, Mənə zahir, xalqdan pünhan gəzərlər, Gül badəyə gülgün şərab süzərlər, El uzadıb içə bilməm, neyləyim?!

Öy dışında şərab içib nuş qıldım, Getdi ağlım, özüm bilməz, coş qıldım, Mey-məst oldum, bir qapıya tuş oldum, Rüxsət olmaz, aça bilməm, neyləyim?!

İtdi yolum, dağ hansıdır, düz hansı, Anmaz könlüm nəğmə hansı, söz hansı, Fəhm eyləməm, yol hansıdır, iz hansı, Ümid üzüb qaça bilməm, neyləyim?!

Məxdumqulu, bu dünyanın hamısın, Yığıb, dürüb, yelə verdim namusun, Fikir dəryasına ağlım gəmisin, Batırmışam, kecə bilməm, neyləyim?!

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.