Neyləyim
Demə, niyə alovlanıb yanırsan, Od-ocaqsız sözüm tutmur, neyləyim. Misralarım ürəyimdə qaynamır, Dodağımda düzüm tutmur, neyləyim. Danışıram, sözüm olur baş-ayaq, Yeriyirəm, dizim tutmur, neyləyim. Könül gərək od yurdundan od ala, Buz olmağı üzüm tutmur, neyləyim. Alışmasa bu torpağın eşqinə, Ürək canda dözüm tutmur, neyləyim.
1975, 28 dekabr