Əsas məzmuna keç

Heca şeiri

Neyləyəsən

Zəlimxan Yaqub

1

Deyirdilər Borçalıda yağar keçir havalar, Heç qurağa düzmədimi, yenə yağış yağırmı? Dar ayaqda çoxmu çəkib anam mənim yerimi, Ötən günlər, keçən aylar mənsiz ona ağırmı?

Barmağından o torpağa hər gün nur yağa-yağa, Babam bağda çalışırmı hey səhərdən axşama. Əllərində dolu yelin, dodağında oxşama, Fatma nənəm sözə tutub ağ inəyi sağırmı?

Qarlı dağlar, göy dərələr əzəl başdan oylağım, Aləm bilir, o yerlərdən kəsilməmiş ayağım. Göynədi burnumun ucu, cingildədi qulağım, Görən məni yada salan yolmu, izmi, cığırmı?

Hər ürəkdə bir dünyanın, bir aləmin eşqi var, Arzu olur, ümid olur ona həmdəm, ona yar. Deməyin ki, nə hay-haydı, yetməzmi bu suallar, Neyləyəsən, söz ürəyə, arzu qəlbə sığırmı?!

1972, 2 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.