Neylər yarım, ya allah
Can coşğuna gəldi, yandım, yarıldım, Bağışlasan neylər yarım, ya Allah. Hesabsız sevişdim, evsiz ayrıldım, Bağışlasan neylər yarım, ya Allah.
Sözləşərdim, sirləşərdim yar ilə, Ürəyində yar xəyalı var ilə, İndi lakin ayırdılar zor ilə, Bağışlasan neylər yarım, ya Allah.
Könül xoşdur yada salıb gəzəndə, Yadıma salmanda, eşqim qızanda, Məni qəmdə qoymaz özü fərmanda, Bağışlasan neylər yarım, ya Allah.
İxlas ilə yar məni der, mən yarı, Tutuşdu ciyəri, getdi qərarı, Ol orda ah çəkər, mən burda zarı, Bağışlasan neylər yarım, ya Allah.
Vardı pünhan-pünhan şirin sözümüz, Olan işə heyran qaldıq özümüz, Bir-birə baxmaqdan doymaz gözümüz, Bağışlasan neylər yarım, ya Allah.
Əlim sənə yetməz ərzim etməyə, İşimin rəvacı yoxdur bitməyə, Dilbər dərdi qoymaz məni yatmağa, Bağışlasan neylər yarım, ya Allah.
Məxdumqulu, dünya köhnə cahandır, Sevişməklik bu dəsturi-zamandır, Suçum çox olsa həm, kərəmin kandır, Bağışlasan neylər yarım, ya Allah.