Əsas məzmuna keç

Gəraylı

Neylədin

Zəlimxan Yaqub

1

Səndən yaman incimişəm, “Dağlar, Eyvazı neylədin”. Nə tez verdin qarlı qışı, Çiçəkli yazı neylədin.

Çıxıbdı dünyanın bici, Hanı Koroğlunun gücü. Belində Misri qılıncı, Əlində sazı neylədin.

Ələ düşməz keçən dəmlər, Zəlimxanı bükər qəmlər. Yar olmur dərdə həmdəmlər, Çəkməyə nazı neylədin.

1973, 11 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.