Əsas məzmuna keç

Qoşma

Nəyimə yetməz

Zəlimxan Yaqub

1

Dərdim də, qəmim də yetərincədir, Dünyanın azarı nəyimə yetməz. Həyatla bu qədər alver eylədim, Bu boyda bazarı nəyimə yetməz.

Sinəmə o qədər çəkilib ki, dağı, Əridi, qalmadı gözümün yağı. Bu qoca dünyanın beş arşın ağı, Beş qarış bazarı nəyimə yetməz.

Ölümlə həyattək sağım, solum var, Harda olum varsa, orda ölüm var, Qəbir evinədək gedən yolum var, Ömrün bu güzarı nəyimə yetməz.

2011, 9 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.