Əsas məzmuna keç

Heca şeiri

Nəyi səpirsənsə, o verəcək dən

Zəlimxan Yaqub

1

Könül bağçasında budağı əyə, Şirin meyvələri ariflər dərə. Kobud adamların əli dəyməyə, Zərif çiçəkləri zəriflər dərə.

Nəyi səpirsənsə o verəcək dən, Qanqalın yerində qanqaldır bitən. Bu qoca dünyada heç görmədim mən, Təhqirlər yağdıran təriflər dərə.

2006, 12 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.