Neyçalan qara hümmətə
Sən neyi çalanda səcdənə gəldi, Dinlədi quzeylər, güneylər səni. Hər kəsi dünyada bir dərd yandırar, Həmişə yandırıb bu neylər səni.
Eşq ilə yaşadın, nə göz işıqdan, Nə də ki, dizlərin heydən düşübdü. Söylə, qəlbindirmi neyi yandıran, Yoxsa od qəlbinə neydən düşübdü.
1973, 9 may