Əsas məzmuna keç

Qoşma

Nəvəm Yusifə

Zəlimxan Yaqub

1

Min şükür, qədəmin dəydi torpağa, Təzə ayaq açıb yeriyən nəvəm. Öpəndə gül kimi yanaqlarından, Bal kimi süzülən, əriyən nəvəm.

Mən sənə atamın adını verdim, Mən sənə ruhumun dadını verdim, Mən sənə qəlbimin odunu verdim, Sevinci dünyanı bürüyən nəvəm.

Yusif, Zəlimxanın ürəyi, canı, Dan yeri, sabahı, dini-imanı. Axır damarında şairin qanı, Sazım dinən kimi kiriyən nəvəm.

2006, 27 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.