Əsas məzmuna keç

Qoşma

Nəvələr şəhərdi, babalar qala

Zəlimxan Yaqub

1

Mənim gözüm nuru, könlüm işığı, Sənin doğulduğun şəhərdəyəm mən. Gözəlim İstanbul açıb qoynunu, Turan dünyasına səfərdəyəm mən.

Ömrün boğçasında gül tala-tala, Nəvələr şəhərdi, babalar qala. Sən mənim ruhumun sazısan, bala, O sazın kökündə bir pərdəyəm mən.

Torpağım Turandı, yurdum Turandı, Hayana vardımsa, gördüm Turandı. Nəvələr içində ordum Turandı, Babalar içində sərkərdəyəm mən.

2002, 15 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.