Əsas məzmuna keç

Satirik şeir

NƏSRƏDDİN ŞAHIN HƏCVİNDƏ

Seyid Əzim Şirvani

2

Nasirəddin şəhi-adil ki, səmimi-dildən, Ömri-tulanıdı həqdən ona daim diləyim. Gəzdi Rusiyyəni, həm Rumü Firəngistanı, Tutdu avazəsi afaqı, açıldı ürəyim. Xəlq derlərdi ki, İskəndəri-sanidir şah, Bu səyahətdə dəxi qalmadı bir zərrə şəkim. Bu xəbər çıxdı ki, nagah gəlir Şirvanə, O güli-gülşəni-İran, açıldı çiçəyim. Hər o şəxsin ki evi uçmuş idi zəlzələdən, Dedi kim, şah gəlir, oldu qızıldan dirəyim. Şüəra, həm füqəra cümləsi göz dikdi yola, Filhəqiqət ki, rəhi-şahə dikildi bəbəyim. Mən də bir türki qəsidə yazıb inşa elədim, Duzlu, şirin söz idi, nə özümü nəzmə çəkim. Həqqi, zənnim budu kim, söz tanıyan kimsədi şah, Sayeyi-qadiri-sübhan olacaqdır köməyim. Qissə kutəh, gecədən bir neçə pas ötmüş idi, Şəhrə şəh varid olub yatdı, qurtardı küləyim. Sübh mindi karuta, sürət ilə oldu rəvan, İltifat etmədi bir şəxsə nə arif, nə həkim. Tutdular xəlq çörək, kəsmədi çün bir löğmə, Görüb ol surəti bildim ki, kəsildi çörəyim. Nə mənim şerimə baxdı, o nə dərvişlərə, Dedi: bu xəlqdən əfzəldi mənə bir qəpəyim. Dedilər kim, mənə bu qissəyə yaz bir tarix, Mən dedim kim, demənəm, zaye olubdur əməyim. Leyk Seyyid dedi tarixini, bir əskiyi var, Niyə gəldi, niyə getdi bu ... ......

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.