Əsas məzmuna keç

Heca şeiri

Nəsimiyə

Zəlimxan Yaqub

1

Altı yüz il! Altı əsr. Ey sənətkar, o zamandan bu zamana söz köhlənin meydan açıb, yorulmadan mənzil kəsir. O bəşəri məhəbbətin, O ölümsüz cəsarətin Qarşısında donub qalmış, Zaman belə olmuş əsir! Qüdrətini düşünəndə Başım üstə göy çaxnaşır, Ayaq altda torpaq əsir. Sənin adın çəkiləndə Min qat artır cəsarətim, Bu nə hikmət, de, bu nə sirr?! Ulu ustad! Zaman keçə, İnanmıram, ürək edə Ölüm sənə yaxın gələ. Şax duruşun səbəb olub Bu dünyanın heyrətinə. Bəşər səni unutmağı Sığışdırmaz qeyrətinə! Haqqın səsi ölməz olur, “Haqqı danır” desələr də, Alçaltmadı, əsrlərə qovuşdurdu Bu şər səni. “Allah yoxdur” deyə bilmir, Allah bilir bəşər səni!

1973, 2 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.