Əsas məzmuna keç

Qoşma

Nəsən sən?

Məxdumqulu Fəraqi

1

Əsla səni görməmişəm, dildarım, Qumrumusan, bülbülmüsən, nəsən sən? Qəmgin könlüm xəyalında aldaram, Bağ içində gülgülmüsən, nəsən sən?

Qaraçımı, ya seyidmi, xocamı, Ya saqimi, ya şərabmı, ya cammı, Ya ilmisən, ya gündüzmü, gecəmi, Ya aymısan, ya günmüsən, nəsən sən?

Ya müşkmüsən, ya ətirmi, ənbərmi, Yoxsa, bilməm, çərxi-fələk, çənbərmi, Ya dəryamı, ya dalğami, ləngərmi, Girdabmısan,burğunmusan, nəsən sən?

Altınmısan, gümüşmüsən, zərmisən, Ya ərşmisən, ya kürşmüsən, yermisən, Ya yaqutmu, ya mərcanmı, dürmüsən, Çıraqmısan, rövşənmisən, nəsən sən?

Məxdumqulu, keç namusdan, arından, Əl götürgil bu vəfasız karından, Cahan dolu, sən qafilsən yarından, Mey-məstmisən, şeydamısan, nəsən sən?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.