Əsas məzmuna keç

Təcnis

Nəqa nə mindi

Aşıq Ələsgər

1

İbtida xəlq oldu külli-kainat, İnsan nəqa** mindi, nəqa nə mindi? Gözlərin canıma salıbdı afat, Peykan kirpiklərin nə qana mindi!?

Nə əysik din, nə artıq gül, nə dannan, Müxənnətə zəhər olmur nədən nan!? Dərd bilməzdən, dil qanmazdan, nadannan, Nə qandım əzəldən, nə qanam indi!?

Ələsgəri çəkməginən, yar, ala, Lazımdı ki, yar könlünü yar ala, Sınmış dəndan, nə yar ləbin yarala, Əmmək istəyəndə nə qan əm, indi!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.