Nənə
Nənəm mənə nağıl dedi gecələr, Yuxularda nələr gördüm, eh, nələr! Xalça uçur, ağız açıb əjdaha, Pələng kimi nərildəyir hər kaha. Ordu, qoşun batammayan divlərə, Bir qəhrəman qalib gəlir ağılla, Sanki mən də ağıllandım nağılla. Div quyuda, onun canı şüşədə, Balıq suda, aslan olur meşədə. Öyrəndim ki, kim hardadı, nə nədə, Nənəm də öz nənəsindən öyrənib, Sünbülə də mahnı qoşub, dənə də. Bayatısı mürgülədib dağları, Günəşə də nəğmə deyib, çənə də. Yaxşı gündə qazan asıb ocağa, Yaman gündə əli qalıb çənədə. Bel yumağa, saçlar qara dönübdü, Atama da layla çalıb, mənə də. Deyir ölləm nəticəmi görməsəm. Hazırlaşır nəvəsinin toyuna, Arzuya bax, qüdrətə bax nənədə!