Əsas məzmuna keç

Gəraylı

Nələr çəkib

Zəlimxan Yaqub

1

Saçlarımın ağı bilər, Ürəyimin dağı bilər, Həsrət bilər, ağı bilər Yanaq yaşdan nələr çəkib.

Bu dünya bir yanar ocaq, Yanğısı var qucaq-qucaq. Onu Fərhad bilər, ancaq Külüng daşdan nələr çəkib.

Arzu, mətləb qalıb gendə, Fikir, xəyal azıb çəndə. Ağıl uçub, huş gedəndə Ayaq başdan nələr çəkib.

Yuxla, ayıl, əlləş, vuruş, Qazanc nədir? Qəpik, quruş. Ötüb-keçən ildən soruş Ömür yaşdan nələr çəkib.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.