Nəhəng şairlik
Şairi şairtək göstərən, Sözün sifəti, sözün rəngi olmalıdı. Dilin sığalı, tumarı, Fikrin ahəngi olmalıdı. Şərin atasını yandırmaq üçün, Böhtançını vaxtında qandırmaq üçün, Şeirin yumruğu, qapazı, İlhamın döyüşü, cəngi olmalıdı. Tökülən yaşların, Bəlalı başların, Qanlı savaşların Tarixini yazmaq üçün, Ürəyin böyüyü, qələmin kəskini, Şairin nəhəngi olmalıdı.
2002, 19 iyun