Əsas məzmuna keç

Gəraylı

Nəğmə deyib ötən quşlar

Zəlimxan Yaqub

1

Nəğmə deyib ötən quşlar, Canım qurban bəstənizə. Cəh-cəh vurun, qoy yayılsın Səs bu dağa, səs dənizə.

Titrədi qəlbimin səsi, Dindirdi yeddi iqlimi. Eşqinizi duyan kimi, Döndüm sizin xəstənizə.

Dərdə-qəmə bürünmüşəm, Tutqun, qəmli görünmüşəm. Heç vaxt yerdə sürünmərəm, Qoşulmuşam dəstənizə.

2006, 27 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.