Əsas məzmuna keç

Qoşma

Nədir ki...

Zəlimxan Yaqub

1
Xəstə vaxtı Rəşid müəllimə müraciətlə

Sərt illərin sınağından çıxana, Gün sınağı, ay sınağı nədir ki?! Qarlı qışın şaxtasına dözənə, İsti günlü yay sınağı nədir ki?!

Ağır gündə boran-qardan keçmisən, Neçə çətin, neçə dardan keçmisən. Qasırğalı dəryalardan keçmisən, Axıb gedən çay sınağı nədir ki?!

Çox dözmüsən, ağrılara döz bir az, Dərman olsun şeir bir az, saz bir az. Səbr eyləsin, ağlamasın göz bir az, Kişi üçün vay sınağı nədir ki?!

1977, 7 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.