Əsas məzmuna keç

Qoşma

Nədir

Məxdumqulu Fəraqi

1

Bizdən salam olsun, Durdu şairə, Nə mehrabdan sözlə çıxan od nədir? Kimdir — ölüb, bir il sonra bilindi, Doqquz yüzdən qardaş nim züryət nədir?

Sən gözlü atasan, biz gərkəz eli, Çöl yerdə gəzərsən, yad edib heyli, Bilərsən tamunun cəkilən mili, Xəbər ver əslini, qıl-sirat nədir?

Əslinə yetişgil yalanda, çində, Söz qısadır, məna çoxdur içində, Bilərsənmi hansı dərya içində, Adəmzad ciyərli yatan hut nədir?

Nə ağır süfrədır hansı övcdə, Aləm xarab olar neçə tovuşda, Qüdrət ilə dörd yüz nədir bir başda, Çırpınanda ondan çıxan od nədir?

Nə sinə, nə candır sözlə bu sirdən, Belindən aşağı olmuş həcərdən, Aşiq, bəyan eylə, hansı şəcərdən, Həm canlı, həm cansız qardaş zat nədir?

Ol kimdir ki, göz yaşını daşdırdı, Neçə ildə əcəbadın düşdürdü, Ol kimdir ki, zəlalətin coşdurdu, Murad əldə ikən, namurad nədir?

Məxdumqulu deyər, aşiq, bu sirdə, Yayınma gəl, doğru söylə bu yerdə, Bunu bilərsənmi hansı şəhərdə, Türkə qulluq edən iki tat nədir?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.