Əsas məzmuna keç

Qoşma

Nədir

Məxdumqulu Fəraqi

1

Yeddi yaşar ərəb atın şanında Məlum olmaz, təpə nədir, düz nədir. Ünü yetən qoç igidin yanında Əlli nədir, altmış nədir, yüz nədir.

Namərd oğlu qorxu çəkər meydandan, Ağac adam olub görnər hər yandan, Müxaənəslər xoflu yerdə düşmandan Secə bilməz, duman nədir, toz nədir.

Süvar olub minər atın bilməyən, Arif olub öz izzətin bilməyən, Söhbət içrə söz ləzzətin bilməyən Duya bilməz məclis nədir, saz nədir.

Məxdumqulu, söz coş edər dilindən, Müxənnəsə yol vermədin yelindən, Bu hünərlər gələr, gəlməz əlindən, Dildən gələn bu cürətli söz nədir?!

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.