Nədi adı
Şəriətdə təriqəti seçənlər. Təriqətlə həqiqətin nədi adı?*
Hansı şah haqq ilə ilqar eylədi, Nə incidi, nə ah çəkdi, nə dadı?*
İstəyirsən seyr edəsən Sinanı**, Şər işlərdən saqın, saxla sinanı.*** Sədət gətdi sini içində si nanı,**** Dildə qaldı nə ləzzəti, nə dadı.
Ələsgər də eşq içində qaladı, Şirin canın atəşinə qaladı. Ər iyidin canı getsə, qala adı,***** Nakəslərin dəhr içində nə də adı.******