Neçə yaşındadır
Yer götürən sarı sığır, Bilməm, neçə yaşındadır, Dörd min dörd yüz ayağı var, Hamısı da döşündədir.
Burnunu fərmanlı tutar, Quyruğu fələkdən ötər, Məkkəni beldə götürər, Mədinənin tuşundadır.
Yer üzündə vardır xətti, Dünyanı tutar heybəti, Yer teyində yatan Mehdi Ol öküzün qaşındadır.
Quyruğu zəminin yarı, Gövdəsi dünyanın varı, Məğribdən məşriqə sarı, İki şahı başındadır.
Məxdumqulu, dünya fani, Bu cahana gələn hanı, Bir cütə kim qoşa onu, Tamaşa onun işindədir.