Nə ziyanı?
Ürəyini geniş eylə, Yağın aşa nə ziyanı? Çək sürməni xoşa gəlsin, Gözə, qaşa nə ziyanı?
Od var olsun, su var olsun, Hər nə varsa, qoy var olsun. Üst-üstə qoy divar olsun, Daşın daşa nə ziyanı?
Başıma açma nağılı, Başsız bu dünya dağılı. İçində varsa ağılı, Başın başa nə ziyanı?
2005, 8 dekabr