Əsas məzmuna keç

Sərbəst şeir

Nə zaman

Zəlimxan Yaqub

2

Nə zaman xoşbəxt olur görəsən insan oğlu? Havalı duyğuların qanadında uçanda! Yeri basıb bağrına, göyü sıxıb köksünə, İstəkli bala kimi qollarıyla qucanda! Nə zaman xoşbəxt olur görəsən insan oğlu? Əsən küləyə, yağan yağışa, doğan günəşə Ürəyinin sirrini çəkinmədən açanda! Nə zaman xoşbəxt olur görəsən insan oğlu? Göy başının üstündən göylərə çəkiləndə, Ayağının altından yer titrəyib qaçanda! İnsanların içində Özünü tək, kimsəsiz, yalqız, yetim sayanda! Körpənin gülüşünə, baharın gəlişinə, Yağışın yağmasına, Günəşin doğmasına Gözlərini yumanda, qəlbini qapayanda!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.