Əsas məzmuna keç

Qoşma

Nə yerdə rahatam, nə göydə azad

Zəlimxan Yaqub

2

Dərman tanımırdım dərd olmayanda, Dərd mənə hər çeşid dərman gətirdi. İmzalı, möhürlü kağızla gəldi, Əzrayıl əlində fərman gətirdi.

Gözüm qan gördükcə bağrım qan oldu, Canım üzüldükcə yarı can oldu, Bütün sağlıqlarım Allahdan oldu, Bütün ağrıları şeytan gətirdi.

Vurulur, qırılır çaldığım qanad, Nə yerdə rahatam, nə göydə azad. Açdı qucağını anamız həyat, Məni bu dünyaya mehman gətirdi.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.