Nə yaxşı-yaxşı
Əzizi-cani-dil, eyni dirəxşan, Yazırsan risalə nə yaxşı-yaxşı. Qarşıda nə yaxşı, Ləhcən gəlir nə yaxşı. Canan candan əzizdi, Nə Leylidi, nə Yaxşı. Dil deyir: cananın sadağası can, Cananı da deyir: nə yaxşı, yaxşı!
Yazıq canı yada saldın sən genə,* Səd həzar dərdinə getdin sən ginə.** Qarşıda sənginə, Atəş yana, sənginə.
Tərlan şikar eylədi, Çıxdı dağlar sənginə. Şəcər, ahən çalır səngi sənginə, Yeyir dəni dəhan nə yaxşı, yaxşı!*
Ələsgər, sən eşq atını yay** indi, Yazdan, qışdan ləzzətlidi yayın di. Qarşıda yay indi, Çək xədəngin yayın di! Aşıq, eşqin atını Yayacaqsan, yay indi! Ah-zar eyləyər insan yay- indi: Yağa ərşdən neysan nə yaxşı, yaxşı!..