Nə yaxşı ki...
Nə yaxşı ki, bu diyarda dünyaya gəldim, Bu gəlişlə ucaların ucasıyammış. İnadımı, qanadımı torpaqdan alıb, Aya, Günə, ulduzlara uçasıyammış.
Söz sarıdan ulularım olmadı kasıb, Həyat canlı hər şeirimə el qulaq asıb. Hər dağını atam kimi bağrına basıb, Hər daşını balam kimi qucasıyammış.
Zirvələri “Ucal!” – deyib hay verdi mənə, Dərələri bulaq verdi, çay verdi mənə. Gözəlləri elçilikdən pay verdi mənə, Elə bildim doxsan ilin qocasıyammış.
Nədən belə çox sevirəm, nədən, yolları? Evdən-evə, eldən-elə gedən yolları? Sətir-sətir tariximmiş Vətən yolları, Bu yolların bəzirgahı, xocasıyammış!