Əsas məzmuna keç

Qoşma

Nə yaxşı

Zəlimxan Yaqub

1

Evdə ruh sıxılıb, can darıxanda, Nə yaxşı çıxmağa səfər var, Allah. Boğanda insanı zülmət gecələr, Nə yaxşı açılan səhər var, Allah.

Min dəfə xəmirtək qarışdır, yoğur, Dərdimiz dərindi, yükümüz ağır. Yenə dan sökülür, yenə gün doğur, Deyəsən xoş gələn xəbər var, Allah!

Ömrümüz daha da kəm olardı, kəm, İllərlə yanaqda qurumazdı nəm. Nə yaxşı insandı insana həmdəm, Nə yaxşı yer üstə bəşər var, Allah.

Daşkənd, 2009, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.