Əsas məzmuna keç

Sərbəst şeir

Nə xoşbəxtdir bu meşənin ağacları

Zəlimxan Yaqub

1

Buludlarla öpüşür, ulduzlarla görüşür. Qol açır Günəşə, qucaq açır Aya. Budaqların diliylə salam aparır, Yerdəki dünyadan göydəki dünyaya.

Biz heç yüz il də baxa bilmirik, Min illərdi boylanır göylərə sarı, Nə xoşbəxtdi bu meşənin ağacları. Qışı yazından gözəldi, yazı payızından, Kölgəsində dağlar oğlu söz salır dağlar qızından. Yeyir torpağı, içir suyu, geyinir qarı, Nə xoşbəxtdi bu meşənin ağacları. Gəlin, təbiətin seyrinə, ürəklə gəlin, Çiçəklərə, güllərə baxın, Kimisi həyalı qızdı, kimisi xanım-xatın gəlin. Qayalara baxın, ölümü, itimi yox, Allahın yaratdığı bu möhtəşəm heykəlin, Tökülüb sağa-sola gümüşü telləri, qızılı saçları, Nə xoşbəxtdi bu meşənin ağacları.

2002, 18 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.