Əsas məzmuna keç

Heca şeiri

Nə təmiz yaradıb

Zəlimxan Yaqub

1
Əsil insan, gözəl alim, ağsaqqalım, qayğıkeşim, xeyirxahım Camal Mustafayevə

Özütək incədir, zərifdir deyə, Çiçəklər baş əyir duyğularına. Təbiət istəyir al-əlvan geyə, Güllər də güvənir qayğılarına!

Alışanda Kərəm, sızlayanda saz, Göy kimi ağlayan görmüşəm səni. Duyan bir ürəkdə qüdrət azalmaz, Həmişə çağlayan görmüşəm səni!

Görmüşəm səni də salıb sehrinə, Cığalı müxəmməs, cığalı təcnis. Sevgidən, fərəhdən qabarıb sinə, Çəkəndə ruhuna sığalı təcnis.

Gəncliyəm, eşqimi yaşatmaq üçün, Yaz gülüm olarsan, qış qarım mənim. Adın şöhrət olar qarlı dağ üçün, Bir boy da ucalar Qoşqarım mənim!

Deyir peyğəmbərdi eşidən, bilən, Qoy öpsün hər çiçək, hər yarpaq səni. Qara palçığına qurban olum mən, Nə təmiz yaradıb bu torpaq səni!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.