Əsas məzmuna keç

Qoşma

Nə səfalıdı

Zəlimxan Yaqub

1

Gözəl təbiətə, gözəl dünyaya, İnsanın baxmağı nə səfalıdı. Bahar gecəsində zümzümə çalıb, Suların axmağı nə səfalıdı.

Qayanın ucası, dağın göyçəyi, Qalın meşələrin qara birçəyi, Yaşıl çəmənlərin gülü, çiçəyi, Qəlbinə taxmağı nə səfalıdı.

Quşlar oxuduğu nəğmənin səsi, Bahar günlərinin isti nəfəsi, Göyün gurlaması, göyün nərəsi, Şimşəyin çaxmağı nə səfalıdı.

1968, 3 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.