Nə qədər ömrümüz var
İlk qanı Qabil töküb, İlk günah Adəmindi, O günah da, o qan da, Hər gün doğdu, törədi, Dünya həmin, həmindi. Nə qədər gizləsək də, Allahsız işimizdən Allah özü əmindi. Bu günahlar içində Sevinc ola bilərmi? Nə qədər ömrümüz var, Həsrətindi, qəmindi.