Əsas məzmuna keç

Qoşma

Nə qaldı

Zəlimxan Yaqub

2

Heç bilmirəm bu dünyanın üzündə, Göz yaşımız çilənməmiş nə qaldı. Talançılar talamamış, yıxmamış, Dilənçilər dilənməmiş nə qaldı.

Gözümüzdən gecə-gündüz yaş yağdı, Dayanmadı, yaz kükrədi, qış yağdı. Dolu yağdı, qaya yağdı, daş yağdı, Başımıza ələnməmiş nə qaldı.

Yerin, göyün altı qandı, üstü qan, Bulud qandı, duman qandı, tüstü qan. İnsan oğlu küsdürdü qan, küsdü qan, Qızıl qana bələnməmiş nə qaldı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.