Əsas məzmuna keç

Qəsidə

Nə müşkül olsa qılır çərx ruzigarilə həl

Məhəmməd Füzuli

1

Nə müşkül olsa qılır çərx ruzigarilə həl Mürurilə açılır tabi-tari-tuli-əməl.

Könül muradını tədric ilə bulur hasil, Təhəmmül olsa yetər daməni-mətalibə əl.

Nizami-aləm üçün əskik olmaz əhli-səlah, Qomaz ümurini aləm muəttəlü müxtəl.

Fərasət əhli kəm olmaz səlahi-millət üçün Bu nəzm silsiləsi eyləməz qəbuli-xiləl.

Cəhani çərx müdəbbirdən eyləməz xali, Degil məsalihi-müstə’məli-cahan möhməl.

Nə lütfdür yenə kim, xütteyi-Iraqi-ərəb Kəmali-mə’rifəti-Kirdikarə oldu məhəl,

Nişani-rövnəqi-Bağdaddır bu kim, qılmış Zühuri-lütfi-mücəddəd Xudayi-izzə və cəl.

Müsəvvər eylədi nəqşi-sə’adəti-əbədi, Bisati-büq’eyi-Bağdadə nəqşbəndi-əzəl.

Münəvvər eylədi ədliylə övliya bürcün, Hümayi-övci-hünər, qütbi-ə’dəlü əkməl.

Müini-şər’i-şərifi-nəbi Məhəmməd bəg Ki, zikridir səbəbi-zikri-Əhmədi-Mürsəl.

Zəhi büləndməqami ki, payeyi-qədri Ülüvvi-tarəmi-ə’layi göstərir əsfəl.

Səməndi-qədri əgər salsa mixi-zərrinnə’l, Olur cəvahiri-əklili-Müştərivü Zühəl

Nə mülkə kim, əsəri-iltifati-salsa şərəf, Olur xəzanı bahara, qəmi nişata bədəl.

Vücudi-bibədəli afitabdur, əmma Bir afitab ki, daim mədari ola Həməl.

Büləndqədr şəha, sənsən ol sə’adətmənd Ki, şə’ni-qədrinədir ayəti-vəfa münzəl.

Təfəhhüs eyləsələr hüsni-afiyət əhlin, Cəmii-xatirə sənsən xütur edən əvvəl.

Müyəssər olsa təriqi-itaətin xəlqə, Məmalik içrə olur rəf’ ixtilafi-miləl.

Əhatə qılsa cəmii-ümurə tədbirin, Hüdudi-mülkdə mərfu olur rüsumi-cədəl.

Müvafiqə şərəfi-təl’ətin mümiddi-həyat, Müxalifə əsəri-məqdəmin hüzuri-əcəl.

Degil zəmanədə məxfi dəbiri-rə’yindən Hesabi-dəftəri-daniş, müfəssəlü mücməl.

Həkimi-mə’rifətin sülhə mültəfit olalı Pozuldu mə’rəkeyi-fitnəvü büsati-hiyəl.

Saraldı şəhdi-kəlamindən əhli-məkr yüzü, Məzidi-illəti-səfra olur şəfayi-əsəl.

Gedirdi hiddəti-qəhrin fəsad tüğyanın, Qılır məzərrəti-bəlğəm izaləsin hənzəl.

Şəha, Füziliyi-bidil duayi-dövlətini Bilibdir əhsəni-ə’mali-xeyrü hüsni-əməl.

Həmişə cahü cəlal ilə müstədam ol kim, Mədari-əmnü əmansan, nizami-dinü düvəl.

* * *

Lüğət: Əməl – arzu; iş; Damən – ətək; Əhli – raz – sirr əhli, sirdaş; Kəm – az; Silsilə – zəncir; Müdəbbir – tədbir tökən; Xali – boş; Möhməl – nöqsansız hərf; Xütteyi – Rum – Rum ölkəsi, Kiçik Asiya İ; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Əkməl – daha mükəmməl, nöqsansız; Şərif – şərəfli, mübarək; Nəbi – peyğəmbər; Qədr – dəyər, qiymət, məziyyət; Bədəl – əvəz, bir şeyin yerini tutan; Bibədəl – əvəzsiz; Hüsni – göftar – söz gözəlliyi X; Afiyət – sağlamlıq; Təriqi – hüda – hidayət yolu, doğru yol; Dəbir – katib, yazıçı; Daniş – bilik, elm; Şəhd – saf bal; Məzidi – illəti-idbar – talesizlik illətini artıran; Əhsən – çox gözəl; Müstədam – daimi, müdam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.