Nə mövcud olmasa əsbabi-dünyadən, degil müşkil
Nə mövcud olmasa əsbabi-dünyadən, degil müşkil, Bu müşkildir ki, mövcud olmaya bir hakimi-adil.
Nə dərdi-dil ki, üz göstərsə dövrandan degil möhnət, Budur möhnət ki, şərhin qılmağa olmaya əhli-dil.
Mərizin olsa min dərdi, bu dərd onlardan əfsundur Ki, təşxisinə olmaya təbibi-haziqü kamil.
Bəladır kim, dili-aşiq kimi viran ola kişvər, Ola ol haldən hakim olan məhbubvəş qafil.
Həvayi-nəfsə tabe ola əhli-mülkdən fariq, Qılıb üşşaqinin tərkin, rəqibinə ola mail.
Binayi-xaneyi-rəhmət mürur ilən olub viran, Tilismi-nəzmi-cəm’iyyət ola tədric ilə batil.
Nə xoşdur əhli-aləm rəğbətiçün ola hakimdə Rüxi-rəxşan, ləbi-xəndan, dili-dana, kəfi-bazil.
Müdavayi-qülubi-münqəbiz bir dərddir mühlik, Mülaqati-müluki-tündxu bir zəhrdir qatil.
Nə ümmid ilə surət bağlasın izharə şərhi-qəm, Cəvabi-təlxdən yeyrək bilir hirmanını sail.
Nişani-hüsni-tale’ bu yetər Bağdadə kim, hərgiz Ona rahət mülaqatında yox bir mane’ü hail.
Bihəmdillah səlahi-dövlət içün məsnədi-rif’ət, Bu gün bir qütbi-sahibədlü saibrə’yədir mənzil.
Sipehri-dövlətü iqbal, mülkarayi-Cə’fər bəg Ki, yeksandır onun ədlinə hökmi-alivü safil.
Zəhi adil ki, dövranında dehqan tirə toprağə Buraxsa daneyi-cov, xuşeyi-pərvin qılır hasil.
Fələk tə’siri-iqbalından istər qüvvəti-tale’ Kim, olmuş bəhr məhsulinə, kan ədrarına amil.
Ümuri-xeyri ehsan buldu əyyamında min rövnəq, Ədalət mültəzəmdir ol ümurə, mərhəmət kafil.
Hesabi-mücməli-övsafidir bir pak dəftər kim, Cahanın xeyri-məhsulu onun cəm’inədir daxil.
Zəmanında zəman əhlinə hərgiz çəkməmiş katib, Hesab olduqda qeyri-izzü rif’ət baqivü fazil.
Sərəfraza, nəvali-ne’mətü idrari-ehsanın, Cəmi’i-mülkədir cari, cəmi’i-xəlqədir şamil.
Təvəccöh qıl, məlalət çəkmə, ikrah etmə kim, Həqdən Bir ayətdir nizami-mülkü millət şə’ninə nazil.
Əgər hökm etsə hüsni-tale’in, baran olub lö’lö, Sənə minnətsiz eylər əbrü dərya hasilin vasil.
Sənə nisbət bu rütbə rütbeyi-məzmumdur, əmma Nə çarə, ziynəti-əyyamə sənsən cövhəri-qabil.
Ədalət səndə bulmuşdur, sənə möhtacdır kişvər, Gühər ümmidi birlə daməni-dərya dutar sahil.
Şəha, gər olmasaydı lütfü idrakın təqazası, Füzulinin qalırdı karigahi-sən’əti batil.
Sənayi-izzü iqbalın dilər əlbəttə bir madeh, Zühuri-lütfü ehsanın dilər əlbəttə bir sail.
Ümidim var kim, ta nurü zülmət ola aləmdə, Cahandan sayeyi-cahü cəlalın olmaya zail.
* * * Səbr hər dərdə mürur ilə müdava eylər, Sahibi-səbr bulur hər nə təmənna eylər.
Dövrdən dəhrdə hər məqsədə bir möv’id var, Vəqtsiz gərçi ona təb’ təqaza eylər.
Yetmədən vəqt, muradını təqaza qılmaz, Hər mühəqqiq ki, xəbirəm deyü də’va eylər.
Rəsmi-dövrani-fələkdir bu kim, əhli-tələbi Neçə gün heyrəti-hirman ilə iyza eylər.
5 Surəti-şahidi-iqbali qəbul etmək üçün, Qaliba ayineyi-təb’i mücəlla eylər.
Talibin dövri-sipehr ilə müxalif rəvişi Üqdələr rişteyi-əhvalına peyda eylər.
Zaye olmaz, irişir məqsədinə, səbr qılıb Kim ki, dəhr ilə mədarində müdara eylər.
Dövr bihudə degil, hər nə müqəddər olsa, Ona tədric ilə əsbab mühəyya eylər.
Hiç məxluqdə yox qüdrəti-iycadi-ümur, Hər nə eylər əsəri-qüdrəti-mövla eylər.
Qılmasa lütfi-həqü dövləti-tövfiq mədəd, Zəhri zənbur qaçan şəhdi-müsəffa eylər.
Mən kimi zarə nə nisbət şərəfi-neyli-murad, Lütfi-həqdir ki, məni məqsədə ehda eylər.
Ey könül, kəsmə tələb badiyəsindən qədəmin Ki, tələb rütbeyi-iqbali müəlla eylər.
Leyk hal əhlinə izhar edə gör dərdi-dərun, Xəstə əhvalını mə’lum ətibba eylər.
Əkməli-xəlqdən istə şərəfü rif’ət kim, Qürbi-ədna həvəsi, rütbeyi-ədna eylər.
Gərçi surətdə şəriki-bəşəriyyət çox olur, Dərki-əsrari-həqiqət dili-dana eylər.
Az olur qabili-idraki-rümuzi-mə’qul, Sanma hər xaki qəza alimi-əsma eylər.
Müstəiddi-şərəfi-rif’ət olan nadir olur, Sanma hər abi həva lö’löi-lala eylər.
Çox olur gərçi məadində cəvahir sinfi, Padişəh ziyvəri-əfsər, düri-yekta eylər.
Saidi-ədldədir qüvvəti-icadi-nizam, Ərzi-icazi-nübüvvət yədi-beyza eylər.
Pənceyi-əzmdədir qüdrəti-islahi-fəsad, Sehr dəf’in mədədi-mö’cizi-Musa eylər.
Nəzmi-dünya səbəbi-səltənəti-üqbadır, Ə’dəli-xəlqini Həq nazimi-dünya eylər.
Artırıb surəti-halinə kəmali-mə’ni, Surəti mə’ni ilə cümlədən ə’la eylər.
Mücməla həzrəti-paşayi-fələkqədr kimi, Aləməfruz qılır, məmləkəttara eylər.
Ol zəki-təb’ ki, divani-xilafət hökmün Rüb’i-məskunə onun diqqəti icra eylər.
Ol səxapişə ki, bir dəmdə qılır sərfi-gəda, Hər nə yüz ildə əyan mə’dənü dərya eylər.
Sayeyi-rə’yəti-iqbali yetən yerlərdə, Ruzigarini ədunin şəbi-yelda eylər.
Ərseyi-rəzmdə hər dəm ki, qılıb meyli-qəza, Cümləsin üqdəgüşayi-səfi-hica eylər.
Dağıdır tiğ ilə tərkibi-ədu əczasın, Leyk hər cüz’i onun layətəcəzza eylər.
Şəbi-hicadə ki, səyyareyi-peykani ilə, Səri-xəsmini qəza övci-Sürəyya eylər.
Zəxmi-təndən açuban ruhi-müxalif rövzən, Çıxub ol övci-Sürəyyayə təmaşa eylər.
Mədədi-rə’yi zəmiriylə gəlür fe’lə müdam, Lövhi-qüdrətdə qəza hər nə ki, inşa eylər.
Ləfzi-pakindən edər hüsni-ibarət kəsbin, Fələk əhkami-qədərdən nə ki, imla eylər.
Aləmi eyləsə bir zati-müşəxxəs təqdir Xaki-payini onun dideyi-bina eylər.
Şöhrəti-ismi yetər şahidi-hüsni-əməli, Əhli-Həq ismdən idraki-müsəmma eylər.
Ey ki, əhli-nəzərə nasiyeyi-iqbalin Səltənət nurini hər ləhzə hüveyda eylər.
Səndə mövdu’dur əsrari-xilafət gənci, Əhli-idraki süvar vaqifi-mə’na eylər.
Mümkün olmaz ki, ola nəzmi-cəhan rə’yinsiz, Surəti-kövn qaçan tərki-həyula eylər.
Rövzeyi-xaki-dərin baği-güli-cənnətdir, Kim ki, cənnət dilər, ol rövzədə mə’va eylər.
Müttəsil gərçi niyaz ilə dutub damanın, Tiğ səndən tələbi-kəsrəti-ə’da eylər.
Cilvəgahi-əməlin məsnədi-əmniyyətdir, Əsəri-rif’ətin ə’dayi əhibba eylər.
Mari təhdidi-əzabi-qəzəbin mur qılır, Pəşşəyi tərbiyətin izzilə ənqa eylər.
Övliya bürcünə yetdi qədəmin, şək yox kim, Xaki-pakindəki əmvatini əhya eylər.
Ey xoş ol məqbərə kim, bulmağa əmvati həyat, Onu tövfiq güzərgahi-Məsiha eylər.
Sərvəra, samit ikən ləzzəti-mədhin zövqi Tutiyi-nitqi-Füzulini şəkərxa eylər.
Eylə kim, fəsli-xəzan bülbüli lal etmiş ikən, Şövqi-nəzzareyi-gül zövq ilə guya eylər.
Cani-məhcurinə rahət yetirər didarin Çəməni səbzi-bəhari fərəhəfza eylər.
Ziyb mədhindən alur ləhceyi-nahəmvarim, Xari mərğub cəmali-güli-rə’na eylər.
Gərçi saxlardı nihan nəzmimi bəxti-siyəhim, Sənə yetdikcə nə kim var isə ifşa eylər.
Dutalım sətrdir əyanə, hicabi-zülmət, Xizrdən abi-həyati necə ixfa eylər.
Davəra, böylə zamanlardakı ədlin əsəri Çareyi-dəf’i-qəmi-hər dili şeyda eylər.
Əhli-irfanə kəmali-kərəmin hər saət Lütflər zahir edib, meyli-mühaba eylər.
Nə rəvadır bu ki, peyvəstə sipahi-qəmü dərd Könlümün mülkini bivasitə yəğma eylər.
Mən nihan xaneyi-üzlətdə ikən fəqr mənim Kəşfi-əsrarim edib aləmə risva eylər.
Hər zaman xəlq mənə qılmağa itlaqi-cünun, Məni ənduh sərasimeyi-sevda eylər.
Bu bəladən kimə izhari-şikayət qılayım, Hər kimə zülm keçibdir, sənə şəkva eylər.
Vaqifi-sirri-süxən kimsənə yox səndən qeyr, Sən əgər eyləməsən, kim mənə pərva eylər?
Var ümidim necə kim, mübdii-asari-vücud Sərfi-təqdir qılıb xilqəti-əşya eylər,
Ola baqi əsəri-mə’dələtin kim, daim Əsəri-zülmdən afaqi-mübərra eylər.
* * *
Lüğət: Əsbabi – müstəar – müvəqqəti ləvazimat; Dil – ürək; Əhli – raz – sirr əhli, sirdaş; Mərizi – arizeyi-nəqsdir nüfus tamam – hamı nöqsan bəlasının xəstəsidir; Haziq – təbib – məharətli, ustad təbib; Dili – tirə – qaranlıq könül, tutqun könül; Kişvər – ölkə, məmləkət; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; Rüxi – zərd – sarı üz; Rəxşan – işıqlı, parlaq; Ləbi – meygun – qırmızı dodaq; Xəndan – gülən; açılmış; Dana – alim, bilici; Kəfi – təzərrö’i-dərya dər damənisəhra – dəryanın xahiş əli səhranın ətəyindədir; Mühlik – təhlükəli; Təlx – acı; Hirman – məhrumiyyət; Hüsni – göftar – söz gözəlliyi X; Hərgiz – heç zaman, əsla; Məsnəd – məqam, müqəyyəd, dərəcə; Sipehr – göy, səma; Tirə – qaranlıq; Pərvin – ulduz adıdır, ülkər; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Kan – mədən yeri; Övsafi – lətafət – gözəlliyin tərifi P; Təvəccöh – rəğbət göstərmək; İkrah – iyrənmək; Baran – yağış; Qabil – qabiliyyətli, ağıllı; Damən – ətək; Sənayi – rif’əti-iclalə oldular guya – cəlalın yüksəkliyinə tərif dedilər; Madeh – mədh edən, tərifləyən; Dəhr – zaman, dünya, aləm; Təb – qızdırma; Şahid – gözəl; şəhadət verən; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Rəviş – gediş, yeriş; Üqdə – düyün; Peyda – zahir, aşkar olmaq; Müqəddər – insanın alnına yazılmış tale; Şəhd – saf bal; Əkməl – daha mükəmməl, nöqsansız; Qürb – yaxınlıq; Əsrari – nihan – gizli sirlər; Xaki – tirə – qara torpaq; Abi – rəvan – axar su, çay; Əfsər – tac; Nübüvvət – peyğəmbərlik; Yədi – beyza – bacarıqlı əl; Nazim – düzən, tərtib edən, mənzum əsər yazan, şair; Aləməfruz – dünyanı işıqlandıran; Şəbi – tarix – qaranlıq gecə; Rəzm – müharibə, dava; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Tiğ – qılınc; Peykan – oxun ucundakı dəmir; Xəsm – düşmən; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Zəxm – yara; Rövzən – baca, pəncərə; İbarət – ibarələr; Əhkam – hökmlər; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Əməl – arzu; iş; Dur – uzaq; Əsrar – sirlər; Gənc – xəzinə; Vaqif – xəbərdar; Kövn – dünya; Güli – rə’na – qırmızı rəna çiçəyi; Təhdid – qorxutmaq; Mur – qarışqa; Ənqa – Simurğ quşu; Əmvat – ölülər; Sərvər – başçı; Didar – üz, camal, görüş; Səbz – yaşıl; Mərğub – rəğbətli, yaxşı; Hicab – pərdə; utanma; Peyvəstə – arası kəsilmədən; Sipah – qoşun; Üzlət – yalqız yaşamaq; Cünun – dəlilik Ç; Süxən – söz; Pərva – qorxu, kömək; Baqi – həmişəlik, qalan, daimi; Afaq – üfüqlər