Nə lütfdür yenə kim, buldu səbzədən gülzar?
Nə lütfdür yenə kim, buldu səbzədən gülzar? Nə feyzdir yenə kim, saldı bağa badi-bahar?
Müzəyyən oldu xəti-səbzə ilə ruyi-zəmin, Lətafəti-xəti-səbz ilə öylə kim, rüxi-yar.
Hicabi-qeybdə hər feyzi-Həq ki, məxfi idi, Cəhanə eylədi lütfi-nəsimi gül izhar.
Səfayi-aləm üçün şahidi-inayəti-Həq Riyazi-dəhrdə ərz eylədi güli-rüxsar.
Səhifeyi-çəmənə yazdı xameyi-səbzə, Xəti-dəlayili-isbati-Iyzədi-cəbbar.
Məzahiri-əsəri-rəhmət etdi hər tərəfi Kəmali-qüdrəti-Həq fənzuru üluc-əbsar.
Görünsə xəlq rizasi zəmanədən, nə əcəb, Zəmanə surəti-iqbalə oldu ayinədar.
Sipehr minnəti altında olsa dəhr nola, Götürdü ayineyi-dəhrdən sipehr qübar.
Çiraği-bərğ qılıb şəm’i-laləyi rövşən, Sədayi-rə’d qılıb çeşmi-nərgisi bidar.
Tutuşdu heyrət ilə sineyi-zəvil-əfham, Açıldı ibrət ilə dideyi-ülul-əbsar.
Dimağı etdi müəttər həvayi-ğaliyəbuy, Həvayi qıldı müənbər səhabi-gövhərbar.
Zəmirə zövq verib müjdeyi-təvəccöhi-gül, Cahana saldı səfa məqdəmi-nəsimi-bəhar.
Onun kimi ki, bu iqlimə yümni-məqdəm ilə Buraxdı zövqü səfa sərvəri-sipehrvüqar.
Güli-hədiqeyi-iqbalü sərvi-baği-hünər, Məhi-sipehri-ədəb, şəhriyari-lütf-şiar.
Mühiti-mərkəzi-dövlət Əyas paşa kim, Mədari-mülkədir iqbali nüqteyi-pərgar.
Sipehrmənziləti kim, buraxsa xakə nəzər, Qılır xəvas ilə xaki zəri-təmaməyar.
Mühithövsələyi kim, gər etsə qətrəyə meyl Təvəccöh ilə qılır qətrəyi düri-şəhvar.
Sədaqətində səbati-səadətü iqbal, Siyasətində səvabi-mühacirü ənsar.
Səlah əhlinə helmilə valiyi-müşfiq, Fəsad dəf’inə ədlilə hakimi-qəhhar.
Vücüdi-kamilinə padşahi-aləmdən Sirayət eyləmiş asari-səltənət nə ki var.
Cəhanfüruzi görən ol məhi-təmami bilir Ki, afitabi-cahantabdəndir ol ənvar.
Əya buludnəzər afitabi-övci-hünər Ki, rəsmdir sənə hüsni-xəsailü ətvar,
Kəmali-mə’dələti verdi istiqaməti-mülk, Təbibi-haziqə san kim, irişdi bir bimar.
Münəvvər eylədi iqbalın övliya bürcin, Livayi-ədlin olub övliyayə şəm’i-məzar.
Rəvacbəxşi-təriqi-Imami-Ə’zəm olub, Binayi-şər’ ilə verdin ümuri-mülkə qərar.
Çiraği-təl’ət ilə Kərbəlayə saldın nur, Ol asitanədə qıldın düri-niyaz nisar.
Təmamiyi-üməradən sənə müsəlləmdir Riayəti-nəsəbü şər’i-Əhmədi-Muxtar.
Yetər bu əcr sənə ol zaman ki, ərz olunur Cəza üçün Həqə bir-bir səadəti-əbrar.
Xilafi-qeyr nəsib oldu heyni-hökm sənə Ziyarəti-hərəmi-paki-Heydəri-Kərrar.
Kim, ol xəlifeyi-rabe’dürü münasibdir Sənə kim, hakimi-rabe’sən ona qürbi-civar.
Şəha, səadəti-iqbalınadır əhli-dua, Cəmii-əhli-cahan, kəmtərin Füzuliyi-zar.
* * *
Lüğət: Müzəyyən – zinətli, bəzəkli; Zəmin – asiman – yer-göy; Səbz – yaşıl; Rüxi – zərd – sarı üz; Hicab – pərdə; utanma; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Şahid – gözəl; şəhadət verən; Dəhr – zaman, dünya, aləm; Güli – rə’na – qırmızı rəna çiçəyi; Rüxsar – yanaq S; Sipehr – göy, səma; Qübar – toz, kədər; Çiraği – məclisi-ğilmanü şəm’i-məhfilihur – qılmanlar məclisinin çırağı, hurilər yığıncağının şəmi D; Rövşən – işıqlı, aydın; Sədayi – seyl çəkər məddi-müttəsil – sel səsi uzanan səs kimi səslənir; Bidar – zülm, təcavüz; Müəttər – ətirli; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; Müənbər – ənbərlənmiş, ətirli; Gövhərbar – gövhər yağdıran; Təvəccöh – rəğbət göstərmək; Sərvər – başçı; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Xəvas – seçilmişlər, möhtərəmlər; Xaki – tirə – qara torpaq; Ənsar – yardımçılar; Məhəmmədi Məkkədən Mədinəyə çağıran qəbilələrin böyüklərinə verilən ad; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Ənvar – işıqlı, parlaq; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Hüsni – göftar – söz gözəlliyi X; İrişdi – çatdı; Təriqi – hüda – hidayət yolu, doğru yol; Müsəlləm – doğruluğu təsdiq olunmuş; Xilafi – müddəa – istəyin əksi; Qürb – yaxınlıq; Əhli – raz – sirr əhli, sirdaş; Kəmtər – daha az, əskik; aciz, etibarsız; Zar – sızıldayan, ağlar, zəif