Əsas məzmuna keç

Qəsidə

Nə kim səhifeyi-tədbirə əql edər məstur

Məhəmməd Füzuli

1

Nə kim səhifeyi-tədbirə əql edər məstur, Saqınman ani olur, olmaz olmayan məqdur.

Həvayi-dari-bəla umma hər həvayidən Kim, ol məqamdədir sərbülənd olan Mənsur.

Hərifi-ərreyi-qəm sanma hər quru ağacı Ki, yazılur Zəkəriyya adına ol mənşur.

Dili-püratəşi-aşiqdir ahi-sərdlə xoş, Olur bürudətə mayil təbayei-məhrur.

Füsürdə zahid əgər aşiqi-cigərsuzə Rəfaqət etsə yüz il zülmətinə düşməz nur.

Saqınma bir arada ixlilat qılmaq ilən, Dutar mizaci-qərənfil təbiəti-kafur.

Xoşam ki, eşq ilə risvayi-xasü aməm mən, Fələk bu şiyvə ilə eyləmiş məni məşhur.

Müdam nəqdi-həva xatirimdədir məknun, Həmişə fikri-məhəbbət dilimdədir məzkur.

Nəçük həva, nə məhəbbət? Məvəddəti-şahi Ki, xəlqədir səbəbi-feyzi-kirdigari-qəfur.

Məhi-sipəhri-nübüvvət, Mühəmmədi-qürəşi*, Çiraği-şami-əbəd, afitabi-sübhi-nüşur.

Şahənşəhi ki, Süleymani-mülki-mə’ni olub, Müti’ oldu ona cinnü insü vəhşü tüyur.

Cahanı açmaq üçün tapşırıldı həzrətinə, Kilidi-məxzəni-məhruseyi-vüqufü şüur.

Yetirdi silsilə tari-hesabi-hicrətinə, Üzülməsin deyibən rişteyi-sininü şühur:

Şikəsti-nüqreyi-xalis əyari-məh qoydu, Əyari-nüqreyi-zatında ehtimali-küsur.

15 Rüxü qədidir olan xəlvəti-cinan içrə, Çiraği-məclisi-qilmanü şəm’i-məhfili-hur.

Nə şək ki, axdı Bəvadidə barmağından su, Bu şərhədir mütəzəmmin xütuti-mövci-bühur.

Müxalif əmrinədir badə kim, əyağə düşər, Nəqizdir ona kim, guşimal yeyər tənbur.

Əya şəhi ki, güruhi-peyəmbəri-mürsəl, Behiştə basmaz ayaq səndən almadan dəstur.

Əgərçi xaməyə əl urmadın, əlində idi, Xəti-bətaləti-”Incil”ü hərfi-nəsxi-“Zəbur”.

Nə söz ki, onda sənin yox rizayi-xüddamin, Qalur sərayi-təbiətdə ta əbəd məhsur.

Burax hicab niqabın gözəl cəmalindən Ki, ta görə səni ortada görməyən neçə kur.

Bu məsnəd içrə necə məsti-xabi-naz olasan, Irişdi sübh, gəl aç imdi nərgisi-məxmur.

Fəsad əhli cahana buraxdı yüz fətərat, Qiyamət oldu, nə yatmaq məcalıdır? Dur, otur!

Zəmanə müntəziri-iqtidayi-əmrinədir, Sözün nə isə yerit, buyruğun nə isə buyur!

Şəha, Füzuliyi-dilxəstəyəm, bihəmdillah Rəhi-şəriətinə tabe’, əmrinə mə’mur.

Olubdürür sözümün nəzmü nəsri nə’tində, Həmişə gövhəri-mənzumü lö’löi-mənsur.

Fəsahət əhli arasına e’tibarım var, Nə e’tibar, gər olduysa hey’ətim məhqur.

Özüm həqir bəqayət, sözüm müfid, vəli, Nəçük ki, hökm misalında sətr beynə sütur.

Ümid var ki, dutduqca mülki-ruh nizam, Ümid var ki, tapdıqca əhdi-ömr mürur.

Müruri-ömri sənayi-Rəsul ilən keçürəm, Öləndə edəm onu ərməğani-əhli-qübur.

* * *

Lüğət: Məstur – örtülü; sətirlənmiş, yazılmış; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; Dari – bəqa – axirət evi; Sərbülənd – başı uca; Dili – tirə – qaranlıq könül, tutqun könül; Füsürdə – donmuş; solğun; Rəfaqət – yoldaşlıq; Mizaci – namiyyə – böyümək mizacı; Kafur – kamfora, ağ mənasında da işlənilir; Məknun – düzülmüş; Məzkur – söylənən; Məvəddət – sevmək, məhəbbət; Kirdigar – Allah; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Nübüvvət – peyğəmbərlik; Çiraği – məclisi-ğilmanü şəm’i-məhfilihur – qılmanlar məclisinin çırağı, hurilər yığıncağının şəmi D; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Məxzən – xəzinə; Silsilə – zəncir; Cinan – cənnət; Məhfil – məclis; Şərhə – şərhə – dilim-dilim, parça-parça; Badə – şərab; Dəstur – izn, rüsxət; Xamə – qamış, qələm; Məhsur – hasarlanmış, mən olunmuş; Hicab – pərdə; utanma; Məsnəd – məqam, müqəyyəd, dərəcə; Məxmur – xumarlanmış; Əhli – raz – sirr əhli, sirdaş; Fətərat – hadisələr arasında keçən zamanlar; Dur – uzaq; Mur – qarışqa; Məhqur – xar olmuş, etibarını itirmiş; Həqir – etibarsız, aciz; Müfid – faydalı; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Müruri – ömr – ömrün keçməyi, sona çatmağı; Sənayi – rif’əti-iclalə oldular guya – cəlalın yüksəkliyinə tərif dedilər

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.