Əsas məzmuna keç

Qoşma

Nə iş gələr başımıza

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, bilmək olmaz, Nə iş gələr başımıza, Görün bu qəhbə fələyi, Ağı qatar aşımıza.

Əcəl gələr, ağzın açar, İncə beli torpaq qucar, Gülüb gələn ağlar keçər, Rəhm etməz göz yaşımıza.

Güvənmə bəxtə, iqbala, Dolanar yüz min xəyala, İxtiyar yox pula, mala, Dünya bənzər düşümüzə.

Fələk bizə əyri baxıb, Əl uzadıb, əfsun oxub, Orta yerdə danə töküb, Tor qurubdur yaşımıza.

Məxdumqulu, getsən bundan Haqq-hesab sorarlar səndən, Şirin can ayrılsa təndən Qurd daraşar leşimizə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.