Nə gözəldi yaşamaq
Nə gözəldi yaşamaq, Yaşadığın dünyada Nə əlil, nə kimsəsiz, Nə də bir şikəst ola!
Nə gözəldi yaşamaq, Nə könül əzab çəkə, Nə cana bir qəsd ola!
Nə gözəldi yaşamaq, İnsan şərab içməmiş Gözəllikdən məst ola!
Nə gözəldi yaşamaq, Vətənin azad, rahat, Millətin sərbəst ola!
2004, 20 oktyabr