Əsas məzmuna keç

Heca şeiri

Nə diş bilsin, nə dodaq

Zəlimxan Yaqub

1

Eldən gizli sözüm yox, Özgəsində gözüm yox. Sənsiz canda dözüm yox, Diş də bilsin, dodaq da.

Durub dayanmaq nədir? Sevgini danmaq nədir? Qoy görsün yanmaq nədir, Nur da bilsin, çıraq da.

Arıtək çalışanda, Dadmışam balı şanda. Qoy yanaq alışanda Köz də bilsin, ocaq da.

Gülən üzüm ol mənim, Görən gözüm ol mənim. Doğrum, düzüm ol mənim, Haqq da bilsin, nahaq da.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.