Əsas məzmuna keç

Heca şeiri

Nə deyim

Zəlimxan Yaqub

1

Hara uçursunuz, ay saniyələr, Budaqdan tökülən yarpaqsınızmı? Hara qaçırsınız, ay dəqiqələr, Süfrədən bezikən qonaqsınızmı? Hara köçürsünüz, xoş saatlarım, Sizə dilmi töküm, uşaqsınızmı? Nə deyim zamana, nə deyim sizə, Bu qədər yaxınkən ömrə, taleyə, Bu qədər istəkdən uzaqsınızmı?!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.