Əsas məzmuna keç

Qoşma

Nə bilsin

Məxdumqulu Fəraqi

1

Üz əlini özün bilməz adamdan, Anlamaz ol, amü xası nə bilsin, Nə fayda var xəmir içən gədadan, Ol əyyaşdır, xeyri, yası nə bilsin.

Yamana yaxşı söz keçməz, hirslənər, Qanan ərin anlaması güclənər, İt yalın toprağa töksən xoşlanar, Toprağı, tabağı, tası nə bilsin.

Bütpərəst min dəfə qılsa namazı, Ona nəsib olmaz behiştin yazı, Aləmi götürsə bülbül avazı, Eşitməz, kar fağır, səsi nə bilsin.

Dinlə sözüm, nər zərbini nər tanır, Xar baxan xar tanır, məhək zər tanır, Ey yaranlar, ər igidi ər tanır, Namərdlər yaxşını, pisi nə bilsin.

Məxdumqulu deyər, sözlərim haqdır, Amma ki haq sözə tən verən yoxdur, Bir gözlü deməsə, qaradır, ağdır, Kor fağır gümüşü, misi nə bilsin.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.