Nə bilsin
Bir söz bir aləmdi duyan kəslərə, Hər naşı misranı, bəndi nə bilsin. Şirinə yad olar, dili acılar Zəhəri bilsə də, qəndi nə bilsin.
Görməsə dan üzü, qırov havası, Dolmasa qəlbinə Murov havası, Olarmı başında bir ov havası, Bərəni nə bilsin, bəndi nə bilsin.
Kim könül verməyib ana torpağa, Bağlanmaz arana, vurulmaz dağa. El qəhri çəkməyən, ay Osman qağa, Obanı nə bilsin, kəndi nə bilsin.
1976, 26 iyun