Əsas məzmuna keç

Sərbəst şeir

Nazim Hikmətə

Zəlimxan Yaqub

2

Sən 13 yaşında Şeir yazmağa başladığın şəhərə Mən altmış yaşımda xəstə gəldim, Nazim! Ölümə bir addım qalmış Axır nəfəslə gəldim, Nazim! Qarşıma bir həkim çıxdı, Adı, soyadı Tarix Esen, Adına, istedadına əhsən. Aldı məni ölümün cəngindən, Qoymadı ayrı düşəm zamanın ahəngindən. “Burda da xəstələr var, Kimi dəri... dəri Yalnız yaşayır gözləri!” Gözlər yaşayırsa, Demək, baxışlarda ümid var. Ümid varsa gələcək var. Gələcək varsa, Arzu var, dilək var. Açdım sinəmi Boğazlardan əsən küləyə, Güvəndim ümidə, arzuya, diləyə. Sənin infarktında yaşayan məmləkət Mənim gözlərimin nurunda yaşadı. Ölü dirildən həkimlərin Ağıllı vüqarında, haqlı qürurunda yaşadı.

2009 · «Burda da xəstələr var…» misraları Nazim Hikmətindir.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.