Əsas məzmuna keç

Qoşma

Natəvan

Zəlimxan Yaqub

1

Nəğməsini, söhbətini, sözünü, El-obanın dodağında görmüşəm. Könüllərə axıb dolan eşqini “Xan qızının bulağı”nda görmüşəm.

Hər insana qismət olan şey deyil, “Ölürəm” de, ölməz yaşa dünyada. Ucalıqda, əzəmətdə, vüqarda, Dağlar ilə ver baş-başa dünyada.

Zaman əli neçə saray dağıdıb, Nə özülü, nə tavanı qalıbdı. Baxışda da, ürəkdə də, gözdə də Qarabağın Natəvanı qalıbdı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.