Natamam bir təcnis
Yeridi üstümə həsrət, qüssə, qəm, Hərəsi üz gördü, bir ayaq aldı. Bir günün içində düzələn işim, Gecikdi, ləngidi, bir aya qaldı.
Aşiqiydim üzündəki nura mən, Ölərdimi dodağından nur əmən. Günəş batdı, həsrət qaldım nura mən, Gecələr ümidim bir Aya qaldı.
1973, 24 avqust