Əsas məzmuna keç

Təcnis

Narın üz

Aşıq Ələsgər

1

Könül, sən ki düşdün eşqin bəhrinə, Narın çalxan, narın silkin, narın üz! Dost səni bağına mehman eyləsə, Almasın dər, gülün iylə, narın üz!

Tikdiribsən qəsr, eyvan, oda sən, Bu nökərin, o sevdiyin, o da sən. Qıya baxdın, məni saldın oda sən, İnsaf eylə, gəl könlümün narın üz!

Aşıq olan sözün deməz tərsinə, Tər gəzən dünyada gəzər tər sinə. Tər sinəyə qismət olsun tər sinə, Narın üzə qoy söykənsin narın üz!

Ürüsxət ver, sözüm deyim qayım, ağa! Yuyar qəssal qəddim, bükər qayım ağa. Ləzzət verər bal qatanda qaymağa, Onlardan da şirin olar narın üz.

Tərlansan, ovlatma sarı, dur gedək, Bu sınıq könlümü sarı, dur gedək! Ələsgərəm, bizə sarı dur gedək! Bir dərdimi eyləyibsən, Narın, üz*!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.