Əsas məzmuna keç

Qoşma

Narı olmasa

Məxdumqulu Fəraqi

1

Bağban bu bağı neyləsin, Bağında narı olmasa, Atadan oğul olmasın, Namusu-arı olmasa.

Bülbülə orman bağ olmaz, Geyikə təpə dağ olmaz, Bədəv yabıdan yey olmaz, Məgər rəftarı olmasa.

Şərbət içsən, bala dönər, Hər bir günü ilə dönər, Gül tək rəngi külə dönər, Gözəlin yarı olmasa.

Məxdumqulu, nihan derlər, Can sevənə canan derlər, Ol igidə heyvan derlər, Şirin göftarı olmasa.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.